06.08.2020 13:50
534


"Arsenal" “Çelsinin” yarımmüdəfiəçisi Villianı heyətinə qatmaq niyyətindədir.
Cempion.az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, “topçular” 31 yaşlı oyunçunun keçidi üçün qarşı tərəfə 3 illik müqavilə təklif edib. Rəsmi transferin digər şərtləti ilə bağlı isə hələlik məlumat yoxdur.
Qeyd edək ki, Villian bu mövsüm "Çelsi" nin heyətində 36 oyun keçirib. O, 9 qol vurub və 9 asist edib.