cümə, 01 avqust 2025

BİZİM FUTBOL

Premyer Liqa klubları Bakıya qayıtdılar

06.08.2020 16:21 Oxundu 578


Təlim-məşq toplanışını Qəbələdə keçirən Premyer Liqa klubları Bakıya qayıdıblar.

Cempion.az xəbər verir ki, toplanışı başa çatdıran klublar Bakıya qayıdıblar, Qəbələdə sadəcə şəhərin eyniadlı təmsilçisi qalıb. “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Zirə”, “Sabah”, “Səbail” paytaxta, “Sumqayıt” isə Sumqayıta qayıdıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın mümkün icazə qərarından sonra avrokubok təmsilçiləri də daxil olmaqla, klubların hazırlıqlarını paytaxtda davam etdirəcəyi gözlənilir.