cümə, 01 avqust 2025

DÜNYA FUTBOLU

"Yuventus” məşqçi axtarışına start verib

06.08.2020 18:33 Oxundu 557

İtaliyanın "Yuventus” futbol klubu yeni baş məşqçi axtarışlarına start verib.

Cempion.az "Championat”-a istinadən xəbər verir ki, Turin klubu Çempionlar Liqasında uğursuz çıxış edəcəyi təqdirdə Maurisio Sarri ilə yollarını ayıracaq.

Yayılan məlumata görə, klub rəhbərliyi artıq bir neçə məşqçi ilə əlaqə saxlayıb və onların komandaya gəlmə ehtimallarını müzakirə edib.

"Yuventus” rəhbərliyinin əsas hədəfi Madrid "Real”ın baş məşqçisi Zinədin Zidan olsa da, fransalı məşqçi "Real”ı tərk etməkdən imtina edib.

Qeyd edək ki, klub rəsmiləri hazırda Maurisio Poçettino, Simone İnzagi və Lusiano Spaletti ilə danışıqlar aparır.