cümə, 01 avqust 2025

DÜNYA FUTBOLU

Kolombiyalı futbolçu Avropa klublarının hədəfində

06.08.2020 18:56 Oxundu 589

Madridin "Real” futbol klubunun yarımmüdafiəçisi Xames Rodriges karyerasını PSJ-də davam etdirə bilər.

Cempion.az "Le10Sport” nəşrinə istinadən xəbər verir ki,  artıq futbolçunun agenti Jorje Mendeş onu Paris klubuna təklif edib.

X.Rodrigesin transferində həmçinin "Mançester Yunayted” maraqlıdır. Lakin ingilis klubunun təklif etdiyi 25 milyon avro "kral klubu”nu qane etmir. İspanlar bu rəqəmin daha 10 milyon artıq olması arzusundadır. PSJ isə "Real”ın istəyinə yaxın məbləği ödəməyə hazırdır.