
Koronavirus pandemiyasına görə martdan dayandırılan Çempionlar Liqasına bu gün yenidən start veriləcək.
Cempion.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün iki qarşılaşma keçiriləcək.
İlk matçda səfərdə “Lion”a minimal hesabla məğlub olan “Yuventus”, bu dəfə rəqibini Turində qəbul edəcək.
Günün digər matçı isə İngiltərədə keçiriləcək. “Mançester Siti” doğma meydanda Madrid “Real”ını qəbul edəcək. Komandalar arasında İspaniyada baş tutan görüşdə “şəhərlilər” 2:1 hesablı qələbə qazanıb.
Çempionlar Liqasının 1/8 final mərhələsinin digər oyunları sabah keçiriləcək.
Daha əvvəl “Atletiko” (İspaniya), “Leyptsiq” (Almaniya), “Atalanta” (İtaliya) və PSJ (Fransa) klubları 1/4 final mərhələsinə yüksəlib.
Çempionlar Liqası, 1/8 final mərhələsi, cavab oyunları
7 avqust
23:00 ''Yuventus'' (İtaliya) – ''Lion'' (Fransa)
İlk oyun – 0:1
23:00 ''Mançester Siti'' (İngiltərə) – ''Real'' (İspaniya)
İlk oyun – 2:1
8 avqust
23:00 ''Barselona'' (İspaniya) – ''Napoli'' (İtaliya)
İlk oyun – 1:1
23:00 ''Bavariya'' (Almaniya) – ''Çelsi'' (İngiltərə)
İlk oyun – 3:0