cümə, 01 avqust 2025

DÜNYA FUTBOLU

"Fənərbağça" növbəti transferlərini reallaşdırıb

07.08.2020 10:45 Oxundu 603

"Fənərbağça" növbəti transferlərini reallaşdırıb.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Trabzonspor"dan ayrılan Filip Novak və "Beşiktaş"la müqaviləsi bitən Caner Erkini heyətinə qatıb.

30 yaşlı çex müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 31 yaşlı cinah müdafiəçisi Caner Erkin isə 2+1 illik müqaviləyə qol çəkib.

"Fənərbağça" daha öncə Gökhan Gönül və Mert Hakan Yandaşla sözləşmə imzalamışdı.