cümə, 26 aprel 2024

DİGƏR NÖVLƏR

UFC təxribata əl atan ermənini cəzalandırdı

07.08.2020 14:50 Oxundu 633


Erməni döyüşçü Edmen Şahbazyan və komandası UFC tərəfindən cəzalandırılıb.

Cempion.az xəbər verir ki, ABŞ-ı təmsil edən 22 yaşlı idmançı son turnirdə qondarma “Dağlıq Qarabağ Respublikasının” qeyri-qanuni bayrağıyla döyüşə çıxdığına görə cərimə olunub.

“Reebok” şirkəti isə təxribatçı erməni ilə əməkdaşlığı dərhal dayandırıb. Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib, səhv etdiklərini deyiblər.

Şahbazyanın təxribatına görə Azərbaycanın Xarici İşlər Nazirliyi UFC rəhbərliyinə müraciət ünvanlamışdı.