cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Qazaxıstanlı futbolçu “Sumqayıt”da

07.08.2020 16:23 Oxundu 615

Qazaxıstanlı futbolçu “Sumqayıt”da

“Sumqayıt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun Cempion.az-a verdiyi məlumata görə, Sumqayıt təmsilçisi Azərbaycan əsilli qazaxıstanlı futbolçu Kərəm Sultanovla razılığa gəlib. Məmmədovun dediyinə görə 2-3 gün ərzində 24 yaşlı müdafiəçi ilə iki illik müqavilə imzalanacaq.

Qeyde edək ki, Azərbaycan əsilli oyunçu Qazaxıstanın U-21 millisində çıxış edib. Son klubu “Kaspi” (Aktau) olan futbolçu yerli “Kızıl-Jar”da da oynayıb.

Qeyd edək ki, "Sumqayıt" yay fasiləsində Tellur Mütəllimov və Elvin Məmmədovu da heyətinə cəlb edib.