07.08.2020 18:10
565
565

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" yeni mövsümə hazırlıq məqsədi ilə daha bir yoxlama oyunu keçirəcək.
Cempion.az xəbər verir ki, klubdan verilən məlumata görə, Ağdam təmsilçisi "Sabah"la qarşılaşacaq. Avqustun 11-i keçirilməsi planlaşdırılan görüş Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.
Qeyd edək ki, "Qarabağ" Qəbələdə təlim-məşq toplanışı çərçivəsində "Sabah"a 1:2 hesabı ilə uduzmuşdu.