07.08.2020 18:48
886
886

Futbol üzrə Niderland millisinin keçmiş hücumçusu Robin van Persi "Feyenoord” klubunun məşqçisi təyin edilib.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı keçmiş futbolçu "Feyenoord”da hücumçularla işləyəcək.
Qeyd edək ki, Robin van Persi 2001-2004-cü və 2018-2019-cu illərdə "Feyenoord” klubunun formasını geyinib.