cümə, 01 avqust 2025

DÜNYA FUTBOLU

''Yuventus'' və ''Real'' 1/8 də qaldı

08.08.2020 01:12 Oxundu 570


Koronavirus pandemiyasına görə martdan dayandırılan Çempionlar Liqası bu gün bərpa olunub.

Cempion.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün iki qarşılaşma keçirilib.

İlk matçda səfərdə “Lion”a minimal hesabla məğlub olan “Yuventus”, bu dəfə rəqibini Turində qəbul edib. Üç qolun qeydə alındığı matç turinlilərin qələbəsiylə yekunlaşıb. Amma ümumi hesab bərabər olduğundan, Fransa təmsilçisi səfər qolu sayəsində mərhələ adlayan tərəf olub

Günün digər matçı isə İngiltərədə keçirilib. “Mançester Siti” doğma meydanda Madrid “Real”ını qəbul edib. Komandalar arasında İspaniyada baş tutan görüşdə “şəhərlilər” 2:1 hesablı qələbə qazanmışdı. Elə bu oyunda da britaniyalılar eyni hesabla üstün olublar və növbəti mərhələyə yüksəliblər.

Çempionlar Liqasının 1/8 final mərhələsinin digər oyunları sabah keçiriləcək.

Daha əvvəl “Atletiko” (İspaniya), “Leyptsiq” (Almaniya), “Atalanta” (İtaliya) və PSJ (Fransa) klubları 1/4 final mərhələsinə yüksəlib.

Çempionlar Liqası, 1/8 final mərhələsi, cavab oyunları

7 avqust

''Yuventus'' (İtaliya) – ''Lion'' (Fransa) 2:1
Qol
: Ronaldo, 43-pen; 60 – Depay, 12-pen.
İlk oyun – 0:1

''Mançester Siti'' (İngiltərə) – ''Real'' (İspaniya) 2:1
Qol
: Sterlinq, 9. Q.Xesus, 68 – Benzema, 28.
İlk oyun – 2:1

8 avqust

23:00 ''Barselona'' (İspaniya) – ''Napoli'' (İtaliya)
İlk oyun – 1:1
23:00 ''Bavariya'' (Almaniya) – ''Çelsi'' (İngiltərə)
İlk oyun – 3:0