08.08.2020 09:00
602
602

"Yuventus" "Çelsi"nin satışa çıxartdığı Jorjinyonu almaq üçün hərəkətə keçib.
Cempion.az xəbər verir ki, London təmsilçisi Braziliya əsilli italiyalı futbolçunun keçidi üçün 50 milyon avro təzminat tələb edir.
Turin klubu bu məbləği aşağı endirib, 28 yaşlı yarımmüdafiəçini rənglərinə bağlamaq istəyir.
Xatırladaq ki, "Çelsi" Jorjinyonu 2018-ci ildə 57 milyon avorya "Napoli"dən transfer edib.
Qeyd edək ki, O, ötən mövsüm Premyer Liqada keçirdiyi 31 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.