cümə, 01 avqust 2025

DÜNYA FUTBOLU

David Silva İtaliya yolunda

08.08.2020 09:38 Oxundu 542

10 il formasını geyindiyi "Mançester Siti"dən ayrılmağa qərar verən David Silva karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Cempion.az "Corriere dello Sport" nəşrinə istinadən xəbər verir ki, A Seriya təmsilçisi "Latsio" ispaniyalı yarımmüdafiəçini transfer etmək üzrədir. Roma təmsilçisi futbolçu ilə 2 illik müqavilə bağlamağı planlaşdırır. "Latsio" 34 yaşlı futbolçunun illik 2,5 milyon avro+bonuslar, Romanın mərkəzində ev, şəxsi sürücü və xüsusi təyyarə istəyini qəbul edib. Futbolçunun qardaşı transferdəki xırda detalları tamamlamaq üçün Romaya yollanıb.

Qeyd edək ki, Silva ötən mövsüm keçirdiyi 40 oyunda 7 qol vurub, 10 məhsuldar ötürmə edib.