cümə, 01 avqust 2025

BİZİM FUTBOL

Premyer Liqanın başlama tarixi bilindi

08.08.2020 12:16 Oxundu 651


Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasında yeni mövsümün başlayacağı tarixi açıqlayıb.

Cempion.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, AFFA İcraiyyə Komitəsi tərəfindən yaradılmış İşçi Qrupunun təklifini, AFFA ilə aparılan müzakirələri, eləcə də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın 10.08.2020-ci il tarixdən açıq havada idman yarışlarına icazəsini nəzərə alan Peşəkar Futbol Liqası 2020/2021-ci illər mövsümünün startı ilə bağlı yekun qərarını verib. PFL yekun müzakirələrdən sonra yeni mövsümün start tarixi kimi 21 avqustu müəyyənləşdirib.