cümə, 01 avqust 2025

BİZİM FUTBOL

“Keşlə”dən növbəti transfer

08.08.2020 12:46 Oxundu 606


“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib.

Cempion.az xəbər verir ki, paytaxt klubu ukraynalı futbolçu Dmitro Klots ilə müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər bu komandanın şərəfini qoruyacaq.

Klots karyerası ərzində yalnız Ukraynanın “Karpatı” klubunda çıxış edib. O, 5 il ərzində Ukrayna Premyer Liqası çərçivəsində 106 oyun keçirib və 1 qol vurub.