
Almaniya Bundesliqası 18-21 sentyabrda start götürəcək.
Cempion.az qrumun rəsmi sayıtına istinadən xəbər verir ki,18 sentyabr tarixində 1-ci həftə maçları ile başlayacak olan Bundesliqa 22 May 2021-ci il tarixinde oynanacaq olan 34-cü həftə oyunları ilə sona çatacaq. Almanya Kuboku (DFB-Pokal) 12 sentyabr 2020-ci il tarixində 1-ci tur qarşılaşmaları ilə start götürüb, 13 May 2021-ci il tarixində Berlində oynanacaq final maçı ilə tamamlanacaq.
Bundesliqanın son çempionu ''Bavariya'' liqin 7-ci həftəsındə ''Borussia'' səfərinə yollanacaq. Dortmund təmsilçisi isə Bundesliqanın 5-ci həftəsində doğma meydanda ''Şalke''ni qəbul edəcək.
Almaniya çempionatında ilk həftənin programı:
''Bavariya'' - ''Şalke''
''Borussiya'' Dortmund- B. ''Münhenqladbax''
''Leipziq'' - ''Mainz''
''Volfusburq'' - ''Leverkusen''
''Frankfurt'' - ''Arminiya Bielfed''
''Union Berlin'' - ''Ausburq''
FC ''Köln''- ''Hoffenhaim''
''Verder Bremen''- ''Herta Berlin''
''Ştutqart'' - ''Frayburq''
Almanya 2-ci Liqası da Bundesliqa ilə eyni gündə start götürəcək.
2-ci Liq 18 sentyabrda ''Hamburq'' -''Fortuna Düsseldorf'' və ''Reqensburq'' -''Nürnberq'' maçları ilə başlayacaq.
İlk həftənin oyunları isə bunlardı:
''Haydenhayım'' - ''Ayntraxt Braunşveinq''
Hannover - ''Karlsuher''
''Bohum'' - St. ''Pauli''
''Fürth'' - ''Osnabrük''
''Sandhausen'' - ''Darmşdat''
''Kiel'' - ''Paderborn ''
''Kikers'' - ''Aue''
Qeyd edək ki, Almanya 3-cü liqasının başlama vaxtı bəlli deyil.