cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Tərlan Əhmədov “Keşlə”dən göndərildi

08.08.2020 15:47 Oxundu 635


“Keşlə” futbol klubu baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb.

Cempion.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun Müşahidə Şurası bu gün keçirilən iclasda baş məşqçi Tərlan Əhmədovla müqavilənin uzadılmamasına qərar verib.

Baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq məşqçi Zaur İsmayılov icra edəcək.

Qeyd edək ki, “Keşlə” Avropa Liqasında mübarizə aparacaq.