cümə, 01 avqust 2025

DÜNYA FUTBOLU

Uğurcan Çakır İngiltərə klubuna keçir

08.08.2020 17:40 Oxundu 570

"Trabzonspor"un qapıçısı Uğurcan Çakır karyerasını İngiltərənin "Şeffild Yunayted" klubunda davam etdirməyə yaxındır.

Cempion.az "A Spor"-a istinadən xəbər verir ki, tərəflər böyük ölçdüə anlaşıblar. Premyer Liqa təmsilçisi 24 yaşlı qolkiper üçün 22 milyon avro+bonuslar ödəməyi qəbul edib. Növbəti satışdan Trabzon təmsilçisinə 15 faiz pay düşəcək. 

Qeyd edək ki, Türkiyə millisinin üzvü ötən mövsüm keçirdiyi 43 oyunda 48 top buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.