
Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Cempion.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq və Bakı vaxtı ilə saat 14:00-da başlanacaq tədbirdə son Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşəcək.
UEFA 34 iştirakçını 5 qrupa ayırıb. Bunlardan üçündə 6, ikisində 8 iştirakçı yer alıb. Azərbaycan çempionu “Qarabağ” 4-cü qrupda səpələnmiş 4 komandadan biridir.
Təmsilçimiz bu qrupun səpələnməmişlərdən biri ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələrinin mümkün rəqibləri “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Tirana” (Albaniya) və “Sileks” (Şimali Makedoniya) komandalarıdır.
Bir oyundan ibarət olacaq 1-ci təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək.
UEFA Çempionlar Liqası, 2020/21 mövsümü, 1-ci təsnifat mərhələsi
1-ci qrup
Səpələnmişlər
“Seltik” (Şotlandiya)
“Legiya” (Polşa)
“Ferensvaroş” (Macarıstan)
Səpələnməmişlər
“Yurqorden” (İsveç)
“Reykyavik” (İslandiya)
İlkin mərhələnin qalibi
2-ci qrup
Səpələnmişlər
“Srvena Zvezda” (Serbiya)
“Şerif” (Moldova)
“Sarayevo” (Bosniya və Herseqovina)
Səpələnməmişlər
“Fola” (Lüksemburq)
“Konnah” (Uels)
“Europa” (Cəbəllütariq)
3-cü qrup
Səpələnmişlər
“Lüdoqorets” (Bolqarıstan)
“Omoniya” (Kipr)
ÇFR (Rumıniya)
Səpələnməmişlər
“Buduçnost” (Monteneqro)
“Ararat” (Ermənistan)
“Floriana” (Malta)
4-cü qrup
Səpələnmişlər
“Astana” (Qazaxıstan)
“Qarabağ” (Azərbaycan)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Dinamo” (Tbilisi, Gürcüstan)
Səpələnməmişlər
“Dinamo” (Brest, Belarus)
“Riqa” (Latviya)
“Tirana” (Albaniya)
“Sileks” (Şimali Makedoniya)
5-ci qrup
Səpələnmişlər
“Molde” (Norveç)
“Dandolk” (İrlandiya)
“Slovan” (Slovakiya)
“Suduva” (Litva)
Səpələnməmişlər
“Klaksvik” (Farer adaları)
“Flora” (Estoniya)
“Çelye” (Sloveniya)
“KuPS” (Finlandiya)