09.08.2020 14:25
786

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Cempion.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşib. Ağdam klubu bu mərhələdə evdə "Sileks"lə (Şimali Makedoniya) qarşılaşacaq.
Püşk zamanı "Qarabağ" yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətində, "Sileks" isə daha aşağı reytinqli səpələnməmişlər səbətində yer almışdı.
Qeyd edək ki, yeni qaydalar əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq.