cümə, 01 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ” ilk oyununu harda oynayacaq?

09.08.2020 15:01 Oxundu 672


Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Cempion.az xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ” bu mərhələdə Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacaq.

Ağdam təmsilçisi Çempionlar Liqasında yeni mövsümün ilk oyununu Bakıda keçirəcək. Püşkün nəticəsinə əsasən, “Qarabağ” “Sileks”lə oyununu avqustun 18/19-da Bakıda – Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.