şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

PSJ-nin yeni hədəfi

09.08.2020 15:31 Oxundu 566


Fransanın PSJ klubu portuqaliyalı ulduz futbolçu ilə maraqlanır.

Cempion.az "Foot Mercato"ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun agenti Jorje Mendeş digər klubların nümayəndələri ilə ilk görüşlərin təşkil edilməsini istəyib.

Bildirilib ki, portuqaliyalı oyunçu PSJ-yə keçmək də maraqlıdır. Bundan əlavə, Mendeşin Paris təmsilçisinin idman direktoru Leonardo ilə yaxşı münasibətdə olduğu xatırladıb.

Xəbərdə Mendeşlə Leonardo arasında artıq danışıqların olduğu bildirilib. Onların Çempionlar Liqasının qalan oyunlarının keçiriləcəyi Lissabonda görüşəcəyi gözlənilir.