cümə, 29 mart 2024

BİZİM FUTBOL

Qara Qarayev: ''Hal-hazırda rəqib barəsində nəsə demek çətindir''

09.08.2020 17:51 Oxundu 691

​"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

O, bu barədə Cempion.az-a bildirib ki, ''hal-hazırda rəqib barəsində nəsə demek çətindir. Klub olaraq ən çox önəmi özümüzə vermişik. Müəyyən problemlərə görə mart ayından bəri rəsmi oyunlara çıxmırıq. Hazırlıq prosseslərimizdə biraz gecikmələr var. Oyunlarmızda da bu gerilik hiss olunacaq.  "Sileks" haqqında qısa zamanda baş məşqçimiz bizə lazımı məlumatlar verəcək. Biz də öz növbəmizdə bizə verilən tapşırıqları meydanda yerinə yetirməyə çalışacayıq. Pandemiyanın olması bizi öz azarkeşlərmizdən ayrı salacaq və bu da rəqibə müəyyən üstünlük verəcək. Vaxtımız var, çalışacayıq ki, doğma meydanda rəqibə oynamağa imkan verməyək''.