şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

Pirlo “Yuventus”u yenidən formalaşdırmaq istəyir

10.08.2020 09:00 Oxundu 519


“Yuventus”da komandanın baş məşqçi postuna Andrea Pirlonun gətirildiyini xəbər vermişdik.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis Turin klubunu yenidən formalaşdıemaq istəyir. Bu səbəbdən Pirlo “Yuventus”da forma geyinən bir sıra futbolçularla yolları ayırmağı planıaşdırır.

“Yuventus”da Sami Kxedira, Duqlas Kosta və Qonsalo İquayn yeni baş məşqçinin gələcək planlarında yer almır. İtalyan mütəxəssis komandaya yeni hücumçu və yarımmüdafiəçilərin alınmasını istəyir.

Qeyd edək ki, “Yuventus” Pirloyla müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalayıb.