şənbə, 02 avqust 2025

BİZİM FUTBOL

Bu gün Avroliqa təmsilçilərmizin rəqibləri bəlli olacaq

10.08.2020 09:30 Oxundu 646


Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimiz "Neftçi” və "Keşlə"nin rəqibləri müəyyənləşəcək.

Cempion.az xəbər verir ki, səpələnmişlər səbətində yer alan bu komandalarmız nisbətən zəif rəqiblərlə - Şimali Makedoniyanın "Şkupi”, Albaniyanın "Laçi” və Gürcüstanın "Dinamo” (Batumi) klublarından biri ilə qarşılaşacaqlar.

Səpələnməmişlər səbətində yer alan "Sumqayıt" isə Rumıniyanın "Universitatya Krayova", Qazaxıstanın "Kayrat", Şimali Makedoniyanın "Şkendiya" və Serbiyanın "Baçka Topola" klublarından birinə rəqib olacaq.

Qeyd edək ki, bu gün keçiriləcək 1-ci təsnifat mərhələsinin püşkü Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.