şənbə, 02 avqust 2025

BİZİM FUTBOL

“Keşlə”dən növbəti transfer

10.08.2020 10:15 Oxundu 570


“Keşlə” heyətini brazilyalı futbolçu ilə gücləndirib.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu Silvio Rodriges Perreyra Juniorla 1 illik müqavilə bağlanılıb.

Karyerası ərzində Braziliyanın “Batatais”, Ukraynanın “Çernomorets” və Slovakiyanın “Zlata Morevtse” komandalarında oynamış 26 yaşlı forvard son olaraq Albaniya “Vlajniya”sında çıxış edib.

Qeyd edək ki, "Keşlə" buna qədər Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev, Rəhman Hacıyev, Turan Vəlizadə və Dmitro Klotsu da heyətinə cəlb edib.