10.08.2020 11:15
522

Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe zədəsini sağaldıb.
Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu komanda ilə məşqlərə qoşulub.Qolçu gözləniləndən daha tez müddətdə bərpa olunur.
Qeyd edək ki, Kilian Mbappe Fransa Kubokunda PSJ-nin "Sent Etyen"i 1:0 hesabı ilə yendiyi final oyununun 26-cı dəqiqəsində zədələnib. Hücumçu cari mövsüm 34 oyunda meydanda olub, 30 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
PSJ avqustun 12-də İtaliya "Atalanta"sı ilə Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaq. Matç Portuqaliyada gerçəkləşəcək.