şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

''Mançester Yunayted''dən ''Lill''ə

10.08.2020 11:36 Oxundu 523

Fransanın ''Lill'' klubu heyətinə gənc futbolçu cəlb edib.

Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, Fransa təmsilçisi ''Mançester Yunayted''dən ayrılan Angel Qomesi transfer edib. ''Lill'' klubu 19 yaşındakı yarımmüdafiəçi ilə 2025-ci ilə qədər müqavilə imzalayıb. Daha sonra Qomes icarə əsasında Portuqaliyanın ''Boavişta'' klubuna göndərilib.

Qeyd edək ki, futbolçu ''Mançester Yunayted''in öz yetirməsidi.