çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

''Barselona''dan 40 milyon avroluq təklif

10.08.2020 15:30 Oxundu 472

İspaniyanın ''Barselona'' klubu türkiyəli müdafiəçidən əl çəkmək istəmir.

Cempion.az ''Daily Mail'' nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu Çağlar Söyüncü transferi üçün ''Lester Siti'' ilə danşıqları davam etdirir. İngiltərə təmsilçisidə təcrübəli müdafiəçini əldən buraxmaq istəmir. ''Barselona'' türkiyəli oyunçunun transferinə təklif etdiyi 32 milyon avronu 40 milyona qaldırıb.

Xəbərdə bildirilir ki, ''Lester'' rəsmiləri Söyüncüyə yeni müqavilə təklif etməyə hazırlaşırlar. İngiltərə təmsilçisinin baş məşqçisi Brendan Rodqers rəhbərliydən futbolçunu klubda saxlamağı tələb edir.

Qeyd edək ki, Söyüncü ''Lester'' forması ilə bu mövsüm 42 oyuna çıxıb.