
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.
Cempion.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatma mərasimi zamanı Azərbaycan çempionu "Qarabağ"ın da potensil rəqibi bəlli olacaq.
Ağdam təmsilçisi Şimali Makedoniyanın "Sileks" klubunu keçəcəyi təqdirdə, 2-ci təsnifat mərhələsində də səpələnmişlər səbətində yer alacaq. UEFA komandaları qruplara bölərək, potensial rəqiblər siyahısını azaldıb:
Çempionlar yolu
1-ci qrup
Səpələnmişlər: "Seltik" (Şotlandiya) - KR (Reykyavik, İslandiya) cütü, "Dinamo" (Zaqreb, Xorvatiya), "Yanq Boyz" (İsveçrə)
Səpələnməmişlər: "Floriana" (Malta) - ÇFR (Kluj, Rumıniya) cütü, "Ferentsvaroş" (Macarıstan) - "Yurqorden" (İsveç) cütü, "Kİ (Klaksvik, Farer adaları) - "Slovan" (Bratislava, Slovakiya) cütü
2-ci qrup
Səpələnmişlər: "Legiya" (Varşava, Polşa) - İlkin mərhələdə "Linfild" (Şimali İrlandiya) / "Drita" (Kosovo) cütünün qalibi, "Makkabi" (Təl-Əviv, İsrail) - "Riqa" (Latviya) cütü, "Molde" (Norveç) - "KuPS" (Finlandiya) cütü
Səpələnməmişlər: "Tselye" (Sloveniya) - "Dandolk" (İrlandiya) cütü, "Flora" (Tallin, Estoniya) - "Suduva" (Litva) cütü, "Ararat-Armenia" (Ermənistan) - "Omoniya" (Kipr) cütü
3-cü qrup
Səpələnmişlər: "Dinamo" (Brest, Belarus) - "Astana" (Qazaxıstan) cütü, "Buduçnost" (Podqoritsa, Monteneqro) - "Lüdoqorets" (Bolqarıstan), "Srvena Zvezda" (Serbiya) - "Europa" (Cəbəllütariq) cütü, "Qarabağ" (AZƏRBAYCAN) - "Sileks" (Şimali Makedoniya)
Səpələnməmişlər: "Mityülland" (Danimarka), "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütü, "Konnas Ki" (Uels) - "Sarayevo" (Bosniya və Herseqovina) cütü, "Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya) cütü
Liqa yolu
Səpələnmişlər: "Beşiktaş" (Türkiyə), "Viktoriya" (Çexiya), “Rapid” (Vyana, Avstriya)
Səpələnməmişlər: PAOK (Yunanıstan), AZ (Niderland), "Lokomotiv" (Zaqreb, Xorvatiya)
Qeyd edək ki, 2-ci təsnifat mərhələnin matçları isə 25-26 avqustda keçiriləcək. Yeni qaydalara əsasən, pley-offa qədər bütün mərhələlər bir oyundan ibarət olacaq.