10.08.2020 15:15
563
563

Millimizin baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib.
Cempion.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.
Canni De Byazi COVİD-19 testi verib və testin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.
Baş məşqçi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.