cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

Füzuli Məmmədov: ''Rəqibi detallarına kimi analiz edəcəyik”

10.08.2020 16:51 Oxundu 528


“Neftçi” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşacaq.

Cempion.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Füzuli Məmmədov, püşkün nəticəsi ilə bağlı fikirlərini bildirib:

“Hansı rəqibin düşməsindən asılı olmayaraq oyunun Bakıda keçirilməsini istəyirdim. Futbolçular doğma meydanda oynayanda, daha inamlı olurlar. Ümid edirəm ki, futbolçularımız mən istədiyim səviyyədə oyun göstərəcəklər. Rəqibi detallarına kimi analiz edəcəyik”.