cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

''Arsenal''ın Özil planı

10.08.2020 17:41 Oxundu 475

''Arsenal''ın türk əsilli futbolçusunun gələcək karyerası maraq doğurur.

Cempion.az ''Daily Mirror'' nəşrinə istinadən xəbər verir ki, ''topçular'' Mesut Özil ilə müqaviləyə erkən xitam vermək istəyirlər. 1 il müqaviləsi qalan yarımmüdafiəçiyə maaşının bir qisminin ödəniləcəyidə bildirilib. Türk əsilli almaniyalı futbolçu isə klubdan ayrılmaq istəmədiyinin açıqlayıb. Xəbərdə, Özil ilə danışıqların davam etdirildiyi bildirilir.

Xatırladaq ki, Yarımmüdafiəçi koronavirsu pandemiyası fasiləsindən sonra ''Arsenal'' ilə heç bir oyuna çıxmayıb.

Qeyd edək ki, 2013-ci ildə ''topçular''a transfer olaraq adada forma geyinməyə başlayan Özil London klubuyla 184 maça çıxıb, 33 qol, 58 məhsuldar ötürmə ilə yadda qalıb.