cümə, 29 mart 2024

BİZİM FUTBOL

Zaur İsmayılov: “Avroliqada asan rəqib yoxdur”

10.08.2020 17:15 Oxundu 659

''Keşlə'' futbol klubunun baş məşqçisi Zaur İsmayılov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib:

O, bu barədə Cempion.az-a bildirib ki, “Avropa Liqasında asan rəqib yoxdur. Oyuna çox ciddi hazırlaşmalıyıq. Artıq “Laçi” komandasını analiz etməyə başlamışıq, bilirik ki, çox yaxşı futbolçulara malik bir kollektivdir. Bütün xəttlərdə güclü oyunçulara malikdirlər”.

Xatırladaq ki, püşkün nəticəsinə əsasən “Keşlə” Albaniyanın “Laçi” komandası ilə qarşılaşacaq.