cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ"ın oyununun vaxtı müəyyənləşdi

10.08.2020 19:20 Oxundu 489


"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubu ilə oyunun vaxtı müəyyənləşib.

Cempion.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat saat 20:00-da başlayacaq. 

Xatırladaq ki, mərhələ bir oyundan ibarət olacaq. Turu keçən komanda 2-ci mərhələdə “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.