11.08.2020 12:14
567


''Mançester Yunayted''ində transfer etmək istədiyi hücumçu ''Borussiya'' Dortmundan ayrılmayacaq.
Cempion.az ''Bild'' nəşrinə istinadən xəbər verir ki, ''qırmızı şeytanlar''ın israrla istədiyi Ceydon Sanço gələn mövsüm də Bundesliqa təmsilçisinin şərəfini qoruyacaq. ''Borussiya'' Dortmundun idman direktoru, rəsmi olaraq ingiltərəli hücumçunu transfer etmək istəyən klublarla danışıqları dayandırdıqlarını açıqlayıb.