11.08.2020 14:13
514


"Real" futbolçusu Takefusa Kubonu icarəyə verib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi La Liqa təmsilçisi "Vilyarreal"la 1 illik icarə müqaviləsi imzalayıb.
Xatırladaq ki, yaponiyalı futbolçu ötən mövsümü icarə əsasında "Malyorka"da keçirib.
Qeyd edək ki, O, La Liqada keçirdiyi 35 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.