şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

Matuidi Amerika klubunda

11.08.2020 15:45 Oxundu 565

"Yuventus"un futbolçusu Bleyz Matuidi karyerasını ABŞ-da davam etdirəcək.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi "Mayami İnter"lə razılığa gəlib. Devid Bekhemin sahibi olduğu MLS klubu 33 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalayıb. bMüqavilənin şərtləri açıqlanmayıb.

 Qeyd edək ki, Matuidi ötən mövsüm keçirdiyi 45 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.