şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

Aquero mövsümü başa vurub

11.08.2020 16:15 Oxundu 591

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Serxio Aquero zədə səbəbindən mövsümü başa vurmaq üzrədir. 

Cempion.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, iyunun sonunda əməliyyat olunan 32 yaşlı hücumçu hələ də İspaniyanın Barselona şəhərindədir. Argentinalı forvard dostlarına bu mövsüm meydana qayıtmaq şansının çox az olduğunu söyləyib. 

Qeyd edək ki, Serxio Aquero iyunun 22-də İngiltərə Premyer Liqasında "Börnli"ni 5:0 hesabı ilə məğlub etdikləri matçda dizindən xəsarət alıb. 

"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalında Fransa "Lion"u ilə üz-üzə gələcək. Qarşılaşma avqustun 15-də Portuqaliyada gerçəkləşəcək.