cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Vid Beleç ''Qarabağ''da?

11.08.2020 18:15 Oxundu 863


Vid Beleçin karyerasını ''Qarabağ''da davam etdirəcəyi ilə bağlı xəbərlər yayılıb.

Bununla bağlı Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Cempion.az-a açıqlama verib. O bildirib ki, ''Qarabağ'' tərəfindən sloveniyalı əlcək sahibinə təklif göndərilməyib: ''Hazırda ''Qarabağ''ın gündəmində qolkiper transferi yoxdur. Komandamızda Emil Balayev və Şahruddin Məhəmmədəliyev kimi təcrübəli əlcək sahibləri var''.

Qeyd edək ki, Ağdam təmsilçisi ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.