cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Bu gün Premyer Liqanın püşkü atılacaq

12.08.2020 09:00 Oxundu 575


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkü atılacaq. 

Cempion.az-ın məlumatına görə, püşk atma AFFA-nın inzibati binasında baş tutacaq. Klub və KİV nümayəndələri üçün qapalı olacaq tədbir saat 15:00-da başlanacaq. Mərasim"CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Püşkatmada yeni mövsümün ilk turunda üz-üzə gələcək komandalar bəlli olacaq. 

Qeyd edək ki, 2020/2021 mövsümündə "Qarabağ", "Neftçi", "Keşlə", "Sumqayıt", "Zirə", "Sabah", "Səbail" və "Qəbələ" mübarizə aparacaq.