12.08.2020 10:13
595

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sumqayıt" və "Keşlə"nin də 1-ci təsnifat mərhələsindəki oyununun başlama saatı açıqlanıb.
Cempion.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt" - "Şkendiya" (Makedoniya) qarşılaşması saat 20:00-da start götürəcək.
"Keşlə" - "Laçi" (Albaniya) oyunu isə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Avroliqadakı digər təmsilçimiz "Neftçi"nin Makedoniya "Şkupi"si ilə oyununun başlama saatı isə ötən gün açıqlanıb. Görüş saat 20:00-da başlayacaq. Hər 3 matç avqustun 27-də oynanılacaq.