12.08.2020 12:44
549


Bir vaxtlar ''Fənərbağça''nın şərəfini qoruyan Reyes koronavirusa yoluxub.
Cempion.az xəbər verir ki, 27 yaşındakı futbolçu ''Twitter'' hesabından Covid-19 testinin müsbət çıxdığını açıqlayıb. O bildirib: ''Bu gün həkimlərin verdiyi tövsiyələrə əməl etmək lazımdır. Mənim etdiyim xətaları sizlər etməyin''.
Qeyd edək ki, Reyes Meksikanın ''Tiqres'' klubunda forma geyinir.