12.08.2020 12:17
592


''Braqa'' klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi Niko Qaitan transferini yekunlaşdırıb. 33 yaşındakı arqentinalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Sözləşmənin şərtləri açıqlanmayıb.
Xatırladaq ki, Qaitan daha öncə ''Boxa Xuniors'', ''Benfika'', ''Atletiko Madrid'', ''Dalian Yifanq'', ''Lill'' formalarını geyinib.
Qeyd edək ki, Arqentinalı keçən mövsüm fransızlarla 4 oyuna çıxıb.