şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

Bu gün 1/4 final mərhələsinə start veriləcək

12.08.2020 11:33 Oxundu 554


Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinə start veriləcək.

Cempiopn.az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək. Lissabonun "Estadio da Luş" stadionunda "Atalanta" və PSJ üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, bu mərhələnin görüşləri bir oyundan ibarət olacaq.
 
 
12 avqust
 
23:00 “Atalanta” - PSJ
 
13 avqust

23:00. "Leyptsiq" - "Atletiko" (Madrid)

14 avqust

23:00. "Barselona" - "Bavariya"

15 avqust

23:00. "Mançester Siti" - "Lion"