cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Murad Axundov: ''Qarşılaşma ''ASK Arena''da keçiriləcək''

12.08.2020 13:04 Oxundu 556

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Keşlə” – “Laçi” (Albaniya) qarşılaşmasının neytral meydanda keçirilə biləcəyi ilə bağlı xəbərlər yayılıb.

Bununla bağlı  “Keşlə” futbol klubunun mətbuat xidmətinin rəhbəri Murad Axundov Cempion.az-a müsahibə verib. O bildirib: ''Hazırda UEFA tərəfindən bizə belə bir məlumat daxil olmayıb. Azərbaycanda koronavirusa yoluxanların sayı da aşağı düşür. Belə bir halda neytral meydanda oyun keçirməyimiz doğru olmaz. Qarşılaşma ölkəmizdə ''ASK Arena''da keçiriləcək''.