şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

''Trabzonspor''un yeni hədəfi

12.08.2020 14:04 Oxundu 562

Türkiyənin ''Trabzonspor'' klubu heyətini brazilyalı futbolçu ilə gücləndirmək istəyir.

Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ''bordo-mavili'' klub  "Fluminense"də forma geyinən 23 yaşındakı sol cinah oyunçusu Marlonu transfer etmək istəyir. ''Trabzonspor'' tərəfi futbolçu ilə razılıq əldə olunduğunu açıqlayıb. Hazırda hər iki klub arasında danışıqlar davam etdirilir.

Xəbərdə bilidirilir ki, "Fluminense" satış qiymətində razılaşmasa, o zama ''Trabzonspor'' Marlon Rodrigezi icarə əsasında komandaya cəlb edəcək.