şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

“Barselona”da koronavirus şoku

12.08.2020 17:00 Oxundu 518


“Barselona”nın bir futbolçusunda koronavirus aşkarlanıb.

Cempion.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın 9 nəfərdən ibarət hazırlıq qrupunda olan futbolçuların birinin koronavirus testi pozitiv nəticələnib. Adı açıqlanmayan futbolçunun heç bir simptomunun olmadığı və karantinə alındığı bildirilib.

Koronavirusa yoluxan futbolçunun Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Bavariya” ilə oyun üçün Portuqaliyaya yollanacaq futbolçularla təmasda olmadığı vurğulanıb.

Qeyd edək ki, “Barselona” – “Bavariya” oyunu avqustun 14-də keçiriləcək.