şənbə, 02 avqust 2025

BİZİM FUTBOL

Premyer Liqamızın yeni loqosu

12.08.2020 15:21 Oxundu 911


Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edib.

Cempion.az qurumun saytına istinadən xəbər verir ki, yeni loqo 4 elementin vəhdətidir:

1) Alov – “odlar yurdu” Azərbaycanın əsas simvollarından biridir;
2) Dalğavari hissə – Xəzər dənizinə işarədir;
3) Qartal – Azərbaycan xəritəsinin ümumi görünüşünü özündə əks etdirir;
4) Qartal, alov və dalğa ilə əhatələnən top isə futbolun əsas simvoludur.

Premyer Liqanın yeni loqosu tünd fonda ağ rəngdədir. Açıq fonda olarkən, loqonun əsas hissələri tünd göy göstərilir.