çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkü atılıb

12.08.2020 15:27 Oxundu 611


Bu gün  Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkü atılıb.

Cempion.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən mərasim klub və KİV nümayəndələri üçün qapalı olub.

Püşkün nəticəsinə əsasən, ilk turda aşağıda adları qeyd olunan komandalar üz-üzə gələcək:

I tur

"Qarabağ" - "Sabah"

"Neftçi" - "Səbail"

"Sumqayıt"  - "Keşlə"

 "Qəbələ"     - "Zirə"

Qeyd edək ki, çempionat avqustun 21-i start götürəcək. Birinci turun görüşlərinin dəqiq vaxtı yaxın günlərdə açıqlanacaq.